Bank Of Baku

UEFA ölkə çempionunu 8 il avrokuboklarda oynamaq hüququndan məhrum edib

UEFA ölkə çempionunu 8 il avrokuboklarda oynamaq hüququndan məhrum edib
# 18 aprel 2009 09:34 (UTC +04:00)
UEFA-nın Nizam-İntizam Komitəsi Makedoniyanın “Pobeda” klubunu sərt cəzalandırıb. Apasport.az saytının məlumatına görə, komanda 8 mövsüm avrokuboklarda çıxış etmək hüququndan məhrum olunub. Bunda başqa, “Pobeda”nın prezidenti Aleksandar Zabrtsanets və oyunçu Nikolçe Zdraveskinin futbolla məşğul olmasına ömürlük qadağa qoyulub.
Belə ağır cəzaya səbəb UEFA Nizam-İntizam Məcəlləsinin 5-ci maddəsində yazılan təmizlik, idman mübarizəsi prinsiplərinin pozulması və oyunun nəticəsinə təsir göstərilməsidir. Qitənin ən ali futbol qurumu “Pobeda”nın Ermənistanın “Pünik” klubu ilə 2004-cü ilin iyulun 13-də və 21-də keçirdiyi UEFA Çempionlar Liqası oyunlarını araşdırıb. Bu oyunların xüsusi araşdırılmasına şahidlərin açıqlamaları və bukmeyker kontorlarının məlumatları əsas verib. Nizam-İntizam Komitəsinin üzvləri keçirdikləri 7 saatlıq iclasda həm “Pobeda”nın nümayəndələrinin, həm də bukmeyker işi üzrə ekspertlərin fikirlərini dinlədikdən sonra qərar çıxarıblar.
UEFA-nın prezidenti Mişel Platini də cəza qərarını dəstəkləyib. Onun fikrincə, birbaşa futbol oyunun nəticəsinə təsir göstərən klub, yaxud fiziki şəxs ağır cəzalandırılmalıdır: “Avropada futbol matçlarının təmiz olması üçün UEFA-nın maksimum güc sərf etməsinə heç kim şübhə etməsin. Bunun üçün bütün lazımı tədbirlər görüləcək”.
“Pobeda” 3 gün ərzində UEFA-nın qərarından apelyasiya verə bilər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR