Bank Of Baku

Zaur Tağızadə: “Bir daha Azərbaycan milli komandasında oynamayacağam”

Zaur Tağızadə: “Bir daha Azərbaycan milli komandasında oynamayacağam”
# 20 aprel 2009 15:35 (UTC +04:00)
Bakı – APA. Bakının “Neftçi” klubunun kapitanı Zaur Tağızadə Azərbaycan yığmasında çıxışını başa vurub. Bu haqda apasport.az saytına futbolçunun özü məlumat verib.

30 yaşlı yarımmüdafiəçi bununla bağlı atıq AFFA-ya rəsmi müraciət etdiyini bildirib: “Bir daha yığmada oynamayacağam. Milli karyeramı başa vurmağa qərar vermişəm. Bununla əlaqədar AFFA-ya rəsmi məktub göndərmişəm. Son vaxtlar aldığım zədələr həm yığma, həm də klubda oynamağıma əngəl olur. Bu səbəbdən milli komandada çıxışımı başa vurmağı daha məqsədəuyğun saydım. Qərarım yalnız zədə ilə bağlıdır. Başqa problem, yaxud inciklik yoxdur”.

Qeyd edək ki, Tağızadə milli komandada 40 oyun keçirib və 6 qol vurub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR