Bank Of Baku

Azərbaycan futbol yığması Bolqarıstanla qarşılaşacaq

Azərbaycan futbol yığması Bolqarıstanla qarşılaşacaq
# 23 aprel 2009 12:37 (UTC +04:00)
Bakı – APA. Azərbaycan milli komandası Bolqarıstana gedir. AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentindən apasport.az saytına verilən məlumata görə, 19 yaşadək futbolçulardan ibarət yığmamız aprelin 25-dən 28-ə qədər Balkan yarımadasında təlim-məşq toplanışı keçirəcək. Hazırlıq prosesi Pravets şəhərində baş tutacaq. Almaniyalı baş məşqçi Bernard Lippertin yetirmələrinin toplanış çərçivəsində bolqarıstanlı həmyaşıdları ilə yoldaşlıq oyununda qüvvəsini sınayacaq. Bu görüşün aprelin 27-də keçirilməsi nəzərdə tutulub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR