Bank Of Baku

“Trabzonspor” klubunun baş məşqçisi Ərsun Yanal istefa verib

“Trabzonspor” klubunun baş məşqçisi Ərsun Yanal istefa verib
# 28 aprel 2009 08:23 (UTC +04:00)
Bakı – APA. Türkiyənin “Trabzonspor” klubunun baş məşqçisi Ərsun Yanal istefa verib. Apasport.az saytının məlumatına görə, buna komandanın Superliqanın XXIX turunda səfərdə lider “Sivasspor”a 0:3 hesablı məğlubiyyəti səbəb olub.

Məğlubiyyət nəticəsində “Trabzonspor” qızıl və gümüş medallardan praktiki olaraq, əlini üzüb. Belə ki, sözügedən kollektiv hazırda 53 xalla 3-cü pillədə qərarlaşıb. Trabzonlular çempionatın sonuna 5 tur qalmış “Sivasspor”dan 7, “Beşiktaş” isə 6 xal geri qalırlar.

“Trabzonspor”un prezidenti Sadri Şener istefa barədə bunları deyib: “Ərsun Yanalla mədəni şəkildə ayrıldıq. Bu cür olmasını istəməzdik, sadəcə, belə alındı”.

Superliqanın qalan 5 turunda komandanı meydana əvəzedici heyətin baş məşqçisi Əhmət Özen çıxaracaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR