Bank Of Baku

Azərbaycan Premyer Liqasının oyunları bir dəqiqəlik sükutla başlayacaq

Azərbaycan Premyer Liqasının oyunları bir dəqiqəlik sükutla başlayacaq
# 30 aprel 2009 15:28 (UTC +04:00)
Bakı – APA. Azərbaycan Premyer Liqasının XXIV turunun oyunları bir dəqiqəlik sükutla başlayacaq. Bu haqda apasport.az saytına Peşəkar Futbol Liqasının (PFL) Texniki-İdman şöbəsinin rəisi Məlik Həsənov məlumat verib.

O, bu gün Dövlət Neft Akademiyasında baş verən terrorda həlak olanların xatirəsinin XXIV turun görüşlərindən öncə bir dəqiqəlik sükutla yad ediləcəyini bildirib: “Artıq bununla bağlı əmr imzalanıb və məsələ rəsmiləşib. Bununla bağlı lazımı şəxslərə göstəriş veriləcək. Ola bilsin ki, komandalar meydana qara sarğı ilə də çıxdı”.

Qeyd edək ki, növbəti turun oyunları mayın 2-də və 3-də keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR