Bank Of Baku

Türkiyə Futbol Federasiyası Arda Turanın cəzasını yüngülləşdirib

Türkiyə Futbol Federasiyası Arda Turanın cəzasını yüngülləşdirib
# 01 may 2009 10:08 (UTC +04:00)
Bakı – APA. Türkiyə Futbol Federasiyasının Nizam-İntizam Komitəsi “Qalatasaray”ın futbolçusu Arda Turana güzəştə gedib. Apasport.az saytının məlumatına görə, qurum 22 yaşlı yarımmüdafiəçinin cəzasını yüngülləşdirib. Az öncə diskvalifikasiya olunmuş Ardanın cəzası 1 oyun azaldılıb.

“Cim-Bom”un üzvü “İstanbulspor”la matçdan sonra stadionun paltardəyişmə otağında mühafizəçilərlə dava etmişdi. Bu qalmaqal üzündən Arda 1 oyunluq diskvalifikasiya olunmuşdu. Nizam-İntizam Komitəsi hadisə zamanı bəzi məqamları nəzərə alaraq, gənc oyunçunun əleyhinə çıxarılmış cəza qərarının pul cəriməsi ilə əvəzlənməsinə razılıq verib. Başqa sözlə, o, 10 min lirə (təxminən 5 min manat) cərimə ödəməklə, canını qurtaracaq.

Amma istənilən halda, Turan Superliqanın növbəti turunda iştirak edə bilməyəcək. Çünki o, aprelin 12-də “Fənərbaxça” ilə derbidə qalmaqal saldığından, 3 oyun cəzalandırılıb. Arda artıq 2 oyunu buraxıb. İstedadlı yarımmüdafiəçi ən yaxşı halda, gələn həftə, çempionatın XXXI turunda forma geyinə bilər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR