Bank Of Baku

“Mançester Yunayted” ardıcıl ikinci dəfə Çempionlar Liqasının finalına yüksəlib

“Mançester Yunayted” ardıcıl ikinci dəfə Çempionlar Liqasının finalına yüksəlib
# 06 may 2009 07:14 (UTC +04:00)
Bakı – APA. Çempionlar Liqasının ilk finalçısı məlum olub. Apasport.az saytının məlumatına görə, “Arsenal”ı cavab oyununda da məğlub edən “Mançester Yunayted” ardıcıl ikinci dəfə qitənin ən nüfuzlu klub turnirinin finalına vəsiqə qazanıb.

İngilis klublarının qarşılaşmasının taleyi elə ilk 11 dəqiqədə həll olunub. Bu müddətdə iki qol vuran Aleks Ferqyussonun yetirmələri ötən il qazandığı titulu qorumaq əzmində olduqlarını sübut ediblər. Məğlubiyyətsiz oyunlar seriyasını 25-ə çatdıran mançesterlilərin qələbəsinə bu dəfə də Kriştianu Ronaldo töhfə verib. İki dəfə fərqlənən portuqaliyalı yarımmüdafiəçi dünya və Avropanın ən yaxşı futbolçusu olduğunu bir daha təsdiqləyib. “Arsenal” isə böyük hesablı məğlubiyyətdən yalnız matçın son 15 dəqiqəsində, rəqib azlıqda qaldıqda xilas ola bilib.

Çempionlar Liqası, yarımfinal, cavab oyunu

“Arsenal” (İngiltərə) – “Mançester Yunayted” (İngiltərə) - 1:3
Robin van Persi, 76-p. – Park Ci Sun, 8, Kriştianu Ronaldo, 11, 61
İlk oyun – 0:1

“Mançester Yunayted”in Romada baş tutacaq final oyunundakı rəqibi bu gün keçiriləcək “Çelsi” – “Barselona” qarşılaşmasında müəyyənləşəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR