Bank Of Baku

Çempionlar Liqasının finalçıları bəlli oldu

Çempionlar Liqasının finalçıları bəlli oldu
# 07 may 2009 07:38 (UTC +04:00)
Bakı – APA. Çempionlar Liqasının finalçıları bəlli olub. Apasport.az saytının məlumatına görə, mayın 27-də İtaliya paytaxtı Romada baş tutacaq həlledici matçda “Mançester Yunayted” və “Barselona” üz-üzə gələcək.

İngiltərə təmsilçisi yarımfinalda həmyerliləri “Arsenal”ı mübarizədən kənarlaşdırıb – 3:1. “Çelsi” və “Barselona” arasındakı digər təkrar yarımfinal qarşılaşmasında isə londonlular qələbəyə yaxın olsalar da, son anda məğlubiyyətlə barışıblar. Erkən qolla finala çıxmaq şansı qazanan “Çelsi” son dəqiqələrdə məyus olub. İniyestanın vurduğu qol ispaniyalıları finala çıxarıb.

“Çelsi” (İngiltərə) – “Barselona” (İspaniya) - 1:1
Qollar: Essyen, 9 - İniyesta, 90
İlk oyun - 0:0

“Arsenal” (İngiltərə) – “Mançester Yunayted” (İngiltərə) - 1:3
QOLLAR: Robin van Persi, 76-p. – Park Ci Sun, 8, Kriştianu Ronaldo, 11, 61
İlk oyun – 0:1
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR