Bank Of Baku

Azərbaycan yığması Almaniya ilə oyuna İsveçrədə hazırlaşacaq

Azərbaycan yığması Almaniya ilə oyuna İsveçrədə hazırlaşacaq
# 13 may 2009 09:38 (UTC +04:00)
Bakı – APA. Azərbaycan milli komandası İsveçrəyə yollanacaq. AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentindən apasport.az saytına verilən məlumata görə, Berti Foqtsun rəhbərlik etdiyi yığmamız bu ölkədə təlim-məşq toplanışı keçəcək. Sürix şəhərində hazırlıq prosesi iyulun 27-dən avqustun 6-dək olacaq. Bu toplanış 2010-cu il dünya çempionatının seçmə mərhələsi çərçivəsində Almaniya yığması ilə Bakıda rəsmi oyuna hazırlığın son mərhələsi olacaq. Azərbaycan – Almaniya oyunu avqustun 12-də keçiriləcək.
Qeyd edək ki, milli komandamız vaxtilə İsveçrədə təlim-məşq toplanışında olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR