Bank Of Baku

Bernd Şuster “Qalatasaray”da işləməyə razılıq verdi

Bernd Şuster “Qalatasaray”da işləməyə razılıq verdi
# 13 may 2009 14:50 (UTC +04:00)
Bakı – APA. “Qalatasaray” rəhbərliyinin baş məşqçi postuna gətirmək istədiyi Bernd Şuster istanbulluların qarşısına öz şərtlərini qoyub. Apasport.az saytının Türkiyə mətbuatına istinadən məlumatına görə, son iş yeri İspaniyanın “Real” (Madrid) klubu olan məşhur almaniyalı mütəxəssis “Cim-Bom”un liderlərinin komandada qalmasını tələb edir.

Arda Turan, Mehmet Topal, Hari Kyuell və Milan Baroşun “Qalatasaray”da qalmasını şərt kimi irəli sürən Şuster braziliyalı Linkolnu da itirməyin əleyhinədir. Lakin bir neçə cəlbedici təklif alan Linkolnun saxlamağın çətinliyini dərk edən mütəxəssis ona əvəz tapmalı olduqları ilə də barışmağa hazırdır. Şuster transferini istədiyi əcnəbi oyunçuların da siyahısını tərtib edib və yaxın günlərdə klub rəhbərliyinə təqdim edəcək.

Çalışdırıcı yerli futbolçularla bağlı qərarları isə rəhbərliyin ixtiyarına buraxıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR