Bank Of Baku

Azərbaycanın veteran futbolçuları yoldaşlıq görüşündə Almaniya yığmasına uduzub

Azərbaycanın veteran futbolçuları yoldaşlıq görüşündə Almaniya yığmasına uduzub
# 13 may 2009 15:19 (UTC +04:00)
Bakı – APA. Bu gün Azərbaycan və Almaniyanın veteran futbolçulardan ibarət milli komandaları arasında yoldaşlıq oyunu keçirilib. Apasport.az saytının məlumatına görə, Tofiq Bəhramov adına stadionda baş tutan qarşılaşma qonaqların qələbəsi ilə başa çatıb.

Ümumilikdə isə məhsuldar keçən matçda azarkeşlər 9 qol görüblər – 3:6. Hər hissənin 45 dəqiqə davam etdiyi oyunun ilk dəqiqələrindən almaniyalılar üstünlüyü ələ alıblar. Komandamız yalnız üç top buraxdıqdan sonra özünə gəlib ki, Diter Aylts, Torsten Qüçov və Frank Noybartın qollarına Vəli Qasımov cavab verib.

Mixael Şults fərqi üçə çatdırdıqdan sonra Qasımov dublunu rəsmiləşdirib. Amma az keçməmiş Şults, matçın sonlarında isə Torsten də Vəlidən geri qalmadıqlarını göstərib. Millimizin heyətində üçüncü qolu isə Arif Əsədov vurub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR