Bank Of Baku

“Beşiktaş” Türkiyə kubokunun qalibi oldu

“Beşiktaş” Türkiyə kubokunun qalibi oldu
# 14 may 2009 07:31 (UTC +04:00)
Bakı – APA. “Beşiktaş” futbol klubu son dörd ildə üçüncü dəfə Türkiyə kubokunun sahibi olub. Apasport.az saytının məlumatına görə, final qarşılaşmasında “Fənərbaxça” ilə görüşən “ağ-qaralar” mövsümdə ilk titulunu qazanıb.

Tarixində 8-ci dəfə Türkiyə kubokuna yiyələnən “Beşiktaş” bu oyunda 4:2 hesabı ilə qalib gəlib. Komandanın qollarını Yusuf, Bobo (2) və Holoşko vurub. “Fənərbaxça”da isə Quiza və Aleks fərqlənib. 26 ildir kuboka həsrət qalan komanda böyük hesablı məğlubiyyətdən uzatma dəqiqələrində təyin olunan penalti hesabına yaxa qurtara bilib.

Qeyd edək ki, “Fənərbaxça” tarixində 8-ci dəfə finalda məğlubiyyət acısı yaşadı.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR