Bank Of Baku

Azərbaycan futbol yığması iyunda Portuqaliya ilə görüşəcək

Azərbaycan futbol yığması iyunda Portuqaliya ilə görüşəcək
# 15 may 2009 17:07 (UTC +04:00)
Bakı – APA. Çimərlik futbolu üzrə dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsinin püşkü atılıb. Apasport.az saytının məlumatına görə, iyunun 7-14-dək İspaniyanın Kastellon şəhərində keçiriləcək qrup matçlarında Azərbaycan milli komandası Portuqaliya, Avstriya və Almaniya ilə birlikdə B qrupunda mübarizə aparacaq.

Seçmə mərhələ oyunları 7 qrupda keçiriləcək. Hər qrupdan iki ən yaxşı komanda və üçüncü yeri tutan iki ən yaxşı nəticəyə malik iştirakçı 1/8 finala vəsiqə qazanacaq.

Kastelyon turnirinin yarımfinalçıları bu il Dubayda keçiriləcək dünya çempionatına vəsiqə qazanacaq. ¼ finalda uduzan komandalar isə Birləşmiş Ərəb Əmirliklərində keçiriləcək yarışa beşinci, sonuncu vəsiqənin sahibini müəyyənləşdirmək üçün yarışacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR