Bank Of Baku

Valeri Qazzayev Kiyevin “Dinamo” klubunun yeni baş məşqçisi oldu

Valeri Qazzayev Kiyevin “Dinamo” klubunun yeni baş məşqçisi oldu
# 25 may 2009 14:08 (UTC +04:00)
Valeri Qazzayev Kiyevin “Dinamo” klubunun yeni baş məşqçisi olacaq. Apasport.az saytının məlumatına görə, milliyətcə osetin olan mütəxəssis Ukraynanın ən titullu komandası ilə müqavilə imzalayıb. “Dinamo”nun baş məşqçi postunda Yuri Syomini əvəzləyəcək Qazzayevlə müqavilənin maliyyə şərtləri və müddəti açıqlanmır.

Ötən ilin dekabrında MOİK-lə yollarını ayırdıqdan sonra osetin məşqçinin əvvəlcə Donetskin “Şaxtyor” klubunun, ardından isə Ukrayna milli komandasına rəhbərlik edəcəyi deyilirdi.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR