Bank Of Baku

Çempionlar Liqasının final oyununu idarə edəcək hakimlərin adları açıqlanıb

Çempionlar Liqasının final oyununu idarə edəcək hakimlərin adları açıqlanıb
# 25 may 2009 14:31 (UTC +04:00)
Bakı – APA. Çempionlar Liqasının final oyununu idarə edəcək hakimlərin adları açıqlanıb. Apasport.az saytının məlumatına görə, mayın 27-də İtaliyanın paytaxtı Romada “Mançester Yunayted” (İngiltərə) və “Barselona” (İspaniya) klubları arasında həlledici görüşü 40 yaşlı isveçrəli hakim Massimo Buzakka idarə edəcək. Ona həmyerliləri Mattias Arne, Françesko Buraqina və Klaudio Çirçetta yardımçı olacaq.

Buzakka UEFA bayrağı altında 77 oyun idarə edib ki, bunun 32-si ÇL görüşüdür. O, 2006/07 mövsümündə UEFA kubokunun finalında “Sevilya” – “Espanyol” oyununda, ötən yay Avropa çempionatının final mərhələsinin üç görüşündə baş hakim olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR