Bank Of Baku

“Barselona” Çempionlar Liqasının qalibi oldu!

“Barselona” Çempionlar Liqasının qalibi oldu!
# 28 may 2009 12:31 (UTC +04:00)
UEFA Çempionlar Liqasının (ÇL) qalibi bəlli olub. Apasport.az saytının məlumatına görə, qitənin ən nüfuzlu klub turnirinin həlledici matçında dünyanın ən güclü komandaları - “Barselona” və “Mançester Yunayted” üz-üzə gəlib.

İtaliyanın paytaxtı Romadakı “Olimpiya” stadionunda baş tutan qarşılaşma ispanların qələbəsi ilə yekunlaşıb. İsveçrəli FİFA hakimi Massimo Buzakkanın idarə etdiyi görüşdə Samuel Eto və Lionel Messinin vurduğu qollar “Mançester Yunayted”in ardıcıl ikinci dəfə ÇL-in qalibi olmaq arzusunu gözündə qoyub.

Xatırladaq ki, “Barselona” 3 il əvvəl də ÇL-in qalibi olmuşdu.

Onu da əlavə edək ki, L. Messi final görüşünün ən yaxşı oyunçusu seçilib.

“Barselona” (İspaniya) – “Mançester Yunayted” (İngiltərə) – 2:0
Roma, Olimpiya stadionu.
Baş hakim Massimo Buzakka (İsveçrə)
Qollar: Samuel Eto, 10; Lionel Messi, 70
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR