Bank Of Baku

Tərlan Əhmədov futbolçu karyerasını başa vurdu

Tərlan Əhmədov futbolçu karyerasını başa vurdu
# 30 may 2009 08:08 (UTC +04:00)
Bu haqda apasport.az saytına 38 yaşlı futbolçunun özü məlumat verib. O bildirib ki, rəhbərlik komandada gəncləşdirmə siyasəti apardığından bu addımı atıb. Amma “Olimpik” rəsmiləri Əhmədovun xidmətində yenə maraqlıdır. Belə ki, yığmamızın sabiq kapitanı paytaxt klubunda məşqçi kimi çalışacaq.

Qeyd edək ki, Tərlan Əhmədov SSRİ dövründə Avropa və dünya çempionu olsa da, Azərbaycan çempionu ola bilməyib. O, ölkəmizin ən iddialı klublarında – “Neftçi”, “Qarabağ”, “Turan” və “Karvan”da forma geyinib. “Olimpik”ə isə 2006-cı ildə baş məşqçi Əsgər Abdullayev tərəfindən dəvət olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR