Fatih Terim: “Azərbaycanla oyunda heç-heçə olmayacaq”
- Mətbuat konfransına fərqli başlamaq istəyirəm. Sualdan əvvəl açıqlama verəcəyəm. Bir müddət öncə qəza keçirdim, sonra isə əməliyyat olundum. Həyatın içində hər şey var. Bəzən üzülürsünüz, bəzən sevinirsiniz. Belə anlarda 2 önəmli dəstəyə ehtiyac duyarsınız. Birincisi, sizi yenidən əvvəlki duruma qaytaracaq həkimlərə, ikincisi isə mənəvi vəziyyətinizi yaxşılaşdıracaq dost istiliyinə. Bunların hər ikisini duyduğum üçün minnətdarlığımı bildirirəm. Qəzanı keçirdiyim andan inanılmaz maraqla üzləşdim. Başda baş nazirimiz olmaqla, siyasi partiya liderlərinə, idman ictimaiyyətinin üzvlərinə, o cümlədən futbolçulara, jurnalistlərə, incəsənət xadimlərinə, iş adamlarına, futbolsevərlərə və yanımdan heç ayrılmayan həyat yoldaşım təşəkkürümü çatdırıram.
İndi də Superliqanı dəyərləndirmək istəyirəm. Çox zövqlü, həyəcanlı bir mövsümü geridə buraxdıq. Mövsümə damğasını vuran amil rəqabət oldu. Türkiyədə belə gərgin mövsümü heç vaxt görməmişdim. Qızıl medal qazanması münasibətilə “Beşiktaş”ı təbrik edirəm.
Kayseriyə 3-cü dəfədir gəlirəm. Birinci dəfə Türkiyə Futbol Federasiyasının prezidenti Mahmut Özgenerlə “Kadir Has” stadionunun tikintisi zamanı, sonra isə “Kayserispor” – “Fənərbaxça” matçına baxmağa gəlmişdim. Sabah (bu gün) Azərbaycanla çox özəl bir matçımız var. Çünki Azərbaycan bizim üçün qardaş ölkədir. Azərbaycan futbolunu yaxından izləyirəm. Milli komandanı öz dövrünün ən yaxşı müdafiəçilərindən biri Berti Foqts çalışdırır. Qardaşlarımızın beynəlxalq miqyasda da uğurlar qazanmasını həm arzulayıram, həm də gözləyirəm. Kayseridə ilk dəfə milli komandalar səviyyəsində oyun olacaq. Azarkeşlərin sabahkı qarşılaşmada bizi dəstəkləməsini diləyirəm. Onlara da kefli futbol yaşadacağımızı düşünürəm.
- “Qalatasaray” və “Fənərbaxça”nın futbolçuları arasında Superliqa matçında qalmaqal yaşanmışdı. Həmin hadisədən sonra ilk dəfə yığmanın təlim-məşq toplanışına qatılırlar. Milli komandada onların anlaşması necədir?
- Bununla bağlı heç bir problem yoxdur. Futbolun dinamikliyi içində belə olaylara rast gəlmək mümkündür. Amma bu hadisə unudulub gedib, indi hər şey yaxşıdır.
- Berti Foqts sizin haqqınızda xoş sözlər söyləyib. O, sizin rəhbərliyiniz altında Türkiyə yığmasının bir çox uğurlar qazandığını deyib. Bu haqda nə deyə bilərsiniz?
- Həqiqətən də, Türkiyə özündən söz etdirən komandaya çevrilib. Hətta dünya çempionatının seçmə mərhələsində vəziyyətin çətinliyi də yığmamıza sevgiyə pis təsir göstərməyib. Xoş sözlərinə görə, Berti Foqtsa çox təşəkkür edirəm.
- Siz Türkiyə və Azərbaycanın dostluğundan, qardaşlığından danışdınız. Bu isti münasibəti sabah meydançada da görə biləcəyəkmi? İndidən deyə bilərəkmi, Türkiyə - Azərbaycan oyunu bərabərə qalacaq? (sualı azərbaycanlı jurnalist verib)
- Sizdə bərabər qalmağa “heç-heçə” deyirlər, düzdür? (gülür)
- Elədir.
- 2006-cı ildə Bakıda Azərbaycanla keçirdiyimiz oyun 1:1 hesabı ilə nəticələnmişdi. Qarşılaşmadan sonra mənə ilk sual belə oldu ki, heç-heçə olması barədə nə fikirdəsiniz. Mən də bir anlıq çaşıb qaldım. Öz-özümə fikirləşdim ki, görəsən bu jurnalist nədən danışır? Heç-heçə nədir? Sonradan yadıma düşdü ki, bizim ölkəmizin də bəzi yerlərində bərabərə qalmağa heç-heçə deyirlər. Yəni, matç heçə getdi... Oyun heç-heçə olmayacaq. Hər bir futbolçumuz meydançaya qələbə qazanmaq üçün çıxır. Bu, artıq bir vərdiş halını alıb. Biz dünya çempionatında sizin yer aldığınız qrupu diqqətlə izləyirik. 4 oyuna cəmi 4 qol buraxmısınız. Fikrimcə, bu, yaxşı göstəricidir.
- Sizin adınız “Qalatasaray”la birgə çəkilir. Həm də yığma ilə yanaşı, klubda da işləmək niyyətiniz var. “Qalatasaray”dan təklif almısınızmı? Əgər təklif varsa, bu haqda nə düşünürsünüz?
- Mətbuat konfransını milli komanda ilə əlaqədar keçirdiyimizdən belə suallara cavab verməyim məqsədəuyğun deyil.
Futbol
London derbisində “Arsenal” “Çelsi”ni məğlub edib
İspaniya La Liqası: “Barselona” səfərdə “Valensiya”nı darmadağın edib
Türkiyə Super Liqası: "Fənərbaxça" öz meydanında "Beşiktaş"a məğlub olub
La Liqa: “Real Madrid” bu mövsüm ilk məğlubiyyətini alıb
Xəbər Lenti
Rusiya qüvvələri ötən gecə 306 Ukrayna PUA-sını vurub
Yeni tədris ili ərəfəsində məktəblərin ətrafında təhlükəsizlik tədbirləri gücləndirilib - BİRGƏ MƏLUMAT
Göyçayda 3 aylıq körpə pilləkəndən yıxılaraq ölüb
Gəncədə zəncirvari qəza olub, 3 nəfər xəsarət alıb
Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Dördüncü İqlim Həftəsi keçirilir - FOTO
Dehlidə yataqxana binasının uçması nəticəsində azı 6 nəfər ölüb- VİDEO - YENİLƏNİB
Əmtəə bazarlarında qızıl və gümüşün qiyməti azalıb
Paşinyan yaxın vaxtlarda Rusiyaya səfər edə bilər
Bu günün valyuta məzənnələri
Tayvan silah istehsalını artırmaq üçün 450 milyon dollar ayıracaq
Nizami rayonunun bəzi ərazillərinin qaz təchizatında fasilə yaranacaq
Dünya bazarlarında neft bahalaşır
"NYMEX" əmtəə birjasında təbii qaz ucuzlaşıb
Bakı, Göyçay və Yevlaxın bəzi ərazilərində elektrik enerjisi olmayacaq
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
Asiya fond bazarlarında əsas indekslərdə artım qeydə alınıb
Ağstafada 48 yaşlı kişi bıçaqlanıb
“Bitcoin”in qiyməti yenidən 80 min dollardan aşağı düşüb
Tramp Hörmüz boğazının ABŞ ərazisi olduğunu göstərən xəritə paylaşıb
İran: Hörmüz boğazında yeni koridorla bağlı saziş imzalanacaq
Cənubi Koreya, ABŞ və Yaponiya hərbi təlimlərə başlayıb
"Amazon"un yük təyyarəsi Mayami hava limanı yaxınlığında qəzaya uğrayıb, 5 nəfər ölüb - YENİLƏNİB
Tramp Ayın ABŞ-ın mülkiyyəti olduğunu açıqlayıb
Syerra-Leonenin sabiq prezidenti sürgündən qayıdıb
Tramp əvvəl Putin, daha sonra isə Zelenski ilə telefonla danışacaq
Böyük Britaniya La-Manşda 140 qanunsuz miqrantın olduğu qayığı saxlayıb
Sabiq Pentaqon rəhbəri: ABŞ-İran münaqişəsi daha 6 ay davam edə bilər
Uitkoff: Rusiya ilə danışıqlar olmadan sülh şansı azdır
Türkiyənin qadın voleybol millisi Avropa çempionu olub
Şimali Kiprdə batan gəmidə itkin düşən daha 1 nəfərin meyiti tapılıb
Nepalda sel fəlakətində ölənlərin sayı 1344-ə çatıb
Şəmkirdə evdə 35 yaşlı kişinin meyiti tapılıb
London derbisində “Arsenal” “Çelsi”ni məğlub edib
İspaniya La Liqası: “Barselona” səfərdə “Valensiya”nı darmadağın edib
Şəkidə piyadanı avtomobil vurub öldürüb
Zelenski Rusiya ilə danışıqlar prosesinin bərpa olunduğunu bildirib
Kuşner: Tramp Ukraynadakı münaqişənin nizamlanması ilə bağlı yeni təkliflər paketinin hazırlanmasını tapşırıb
Kabardin-Balkariyada alpinistlər qar uçqununun altında qalıb
İsrailin Livana hücumları nəticəsində ölənlərin sayı 4362 nəfərə çatıb
Husilər Səudiyyə Ərəbistanına məxsus PUA-nı vurduqlarını açıqlayıblar
Ucarda yük avtomobili yanıb
Zelenskinin Uitkoff və Kuşnerlə görüşü başa çatıb, “Avropa üçlüyü”nün iştirakı ilə ikinci raund olacaq- VİDEO - YENİLƏNİB-1
Yağış yağacaq, leysan olacaq, dağ çaylarından sel keçəcək - XƏBƏRDARLIQ
Prezidentin sosial şəbəkə hesablarında HDQ qərargahını ziyarəti ilə bağlı paylaşım edilib
İsrail Livanın cənubuna aviazərbə endirib, ölənlər var - YENİLƏNİB-1
Rusiyadan Honq Konqa qızıl tədarükü rekord həddə çatıb
Milli Məclisin sədri ABŞ-a işgüzar səfər edib
Şahin Mustafayev iranlı nazirlə dəmir yolu tikintisini müzakirə edib
Budanov: “Avropa üçlüyü”nün nümayəndələri Kiyevə gəlib
Lavrov: Almaniya yenə müharibə istəyir