Bank Of Baku

Luis Araqones “Fənərbaxça” klubunun baş məşqçisi postundan qovulub

Luis Araqones “Fənərbaxça” klubunun baş məşqçisi postundan qovulub
# 02 iyun 2009 07:42 (UTC +04:00)
Bakı – APA. Türkiyənin “Fənərbaxça” klubu baş məşqçisi Luis Araqoneslə rəsmən yollarını ayırıb. Apasport.az saytının məlumatına görə, ötən il İspaniya milli komandasını Avropa çempionu etdikdən sonra İstanbul təmsilçisinə keçən mütəxəssis Türkiyədə cəmi bir mövsüm çalışa bilib. Komandanın mövsümü titulsuz bitirməsinin ardından klub rəhbərliyi Araqonesə qapını göstərib. İspaniyalının yerinə namizədlər sırasında Luis Felipe Skolari və Kristof Daumun adları göstərilir.
Qeyd edək ki, “Fənərbaxça” Araqonesin rəhbərliyi altında ölkə çempionatında 4-cü yeri tutmaqla yanaşı, Türkiyə kubokunun finalında da uduzub. Çempionlar Liqasında isə qrup sonuncusu olan istanbullular heç UEFA kubokuna da vəsiqə qazana bilməmişdi.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR