Fatih Terim: “Günlərin birində mən də Azərbaycana gələrəm” - MÜSAHİBƏ
- Türkiyə Superliqası mayın 30-da başa çatıb. Bundan 3 gün sonraya isə Azərbaycanla yoldaşlıq görüşü təyin edilib. Yoxlama matçının sizin üçün önəmi nə dərəcədədir?
- Türkiyə yığmasında işlədiyim dövrdə Azərbaycana bir neçə dəfə getmişik. Amma burada oynamamışıq. Mövsümə yekun vurulduqdan sonra bir araya gəlmək, yoldaşlıq oyunu keçirməyi planlaşdırdıq. Digər tərəfdən Azərbaycan bizim üçün doğma xalqdır. Biz iki dövlət, bir millətik. UEFA yoldaşlıq görüşü üçün iki tarix vermişdi – 2 iyun və ya 5-6 iyun. Biz də iyunun 5-ni seçdik və sizi bura dəvət etdik. Siz bundan narazısınızmı? (gülür)
- Əlbəttə, bizə xoşdur. Azərbaycanla oyunda gənc futbolçuların potensialından istifadə olunacağı bildirilir. Sizin gənc və perspektivli oyunçulara üstünlük verəcəyiniz doğrudur?
- Yığmaya kim çağırılırsa, deməli, buna layiqdir. Gənc və ya yaşlı futbolçunun fərqi yoxdur. Heyətimizdə yorğun futbolçular var. Bəlkə də əsas heyət üzvlərindən kimlərsə ehtiyatda qalacaq və tez əvəzlənəcək.
- Türkiyə ilə görüş Superliqa klublarının diqqətini cəlb etmək baxımından azərbaycanlı futbolçular üçün yaxşı imkandır. Necə düşünürsünüz, onlar Superliqa klublarına düşmək şansları varmı?
- Şübhəsiz. Türkiyə klubları azərbaycanlıları izləyirlər. Klubların bəyənəcəyi azərbaycanlını, Türkiyə çempionatında görə biləcəyik. “Kocaelispor”da bir oyunçunuz var. Bundan yaxşı nə ola bilər ki.
- Türkiyə Futbol Federasiyasının keçmiş prezidenti Haluk Ulusoy bildirmişdi ki, azərbaycanlılar Superliqada legioner sayılmamalıdırlar. Bəs bu haqda siz nə fikirdəsiniz?
- Təkcə mən yox, bütün türk xalqı Azərbaycanı özünün qardaşı sayırlar. Əgər məhdudiyyət aradan götürülərsə, azərbaycanlı futbolçuların Superliqada oynamasını asanlaşdırar. Azərbaycanda mənim dostlarım çalışıblar. Ən axırıncı dəfə Əli Yavaş qardaş ölkəyə işləməyə gedib. Öncə isə Rasim Kara, Fuad Yaman, Nacu Şensoy Azərbaycanda işləyib. Bizdən sizə işləməyə necə rahat gedirlərsə, qoy, sizin futbolçular bizə belə rahat gəlsinlər.
- Bəs Fatih Terim özü necə, Azərbaycanda çalışmaq niyyətindədirmi?
- Niyə də yox? Günlərin birində Fatih Terim də sizin dost ölkədə işləyər...
- Bundan ötrü hansı şərtlər lazımdır?
- İndi bunu demək çətindir. Amma futbol adamlarına hər yerde ola bilər.
- Bu vaxta qədər Azərbaycandan milli komanda və ya klublardan zəng vurub, təklifl göndərənlər olubmu?
- Yox. Bəzən Azərbaycandan məni jurnalistlər arayırlar. Son günlər isə heç bir zəng almamışam.
- Qeyd etdiyiniz kimi, bir sıra türk mütəxəssislər Azərbaycanda çalışıblar. Lakin onlar ölkəmizdə böyük uğur əldə edə bilməyiblər. Buna səbəb nədir?
- Bu şərtlərlə əlaqədardır. Mən Azərbaycan futbolunda inkişaf görürəm. Amma bu inkişaf tempi sabit və daimi olmalıdır. Bu, klublardan asılı olan məsələdir. Klublardan uşaq futbolunu inkişaf etdirməlidirlər.
- Sizcə, Azərbaycan futbolunun problemi hansılardır?
- Mən Azərbaycan futbolunun içində deyiləm. Buna görə də bu suala cavabım obyekriv olmayacaq. Dediyim kimi, klublar, uşaq futbolu, səviyyəli turnirlərin keçirilməsi və futbolun inkişafına dair planın olması vacibdir. Açığı, belə proqram olub-olmadığını bilmirəm, amma istənilən halda məsələ belə həllini tapmalıdır.
- Bizim futbol həvəskarları Türkiyə yığmasına, Azərbaycan milli komandasından heç də az azarkeşlik etmirlər. Gəlin, sizin komandanızdan danışaq. Türkiyənin 2010-cu il dünya çempionatının final mərhələsinə qatılmaq şansları böyük deyil. Əbəs yerə “İmperator” ləqəbi qazandığınızı sübuta yetirə biləcəksinizmi?
- Bizim şansımız var. İrəlidə Bosniya və Herseqovina ilə görüşümüz var. Biz sonadək mübarizə aparacağıq.
- Amma unutmaq lazım deyil ki, Bosniya və Herseqovina da indi inkişafdadır...
- Bosniyalıların həmişə yaxşı komandası olub.
- Hər halda, 5 il bunu demək olmazdı.
- Onlar futbolda çox yaxşı bir dövr yaşadılar və bugünkü səviyyəyə yüksəldilər.
- 2002-ci il dünya çempionatının seçmə mərhələsində Türkiyə Azərbaycanla eyni qrupda yer almışdı. Yekunda “ay-uluduzlular” dünya birinciliyinin final mərhələsinə qatılıb, bürünc medallar qazandılar. İndi yenə də Azərbaycanla oyununuz var və ardından sizi seçmə mərhələdə çətin qarşılaşmalara gözləyir. Bu dəfə də ayağımız sizə düşərli olacaqmı?
- İnşallah, bu dəfə də belə olar. Mənim Bakıya ilk səfərim 1996-cı ildə baş tutub. Hərçənd, o vaxt bizim komandamızı bəyənməmişdiniz (gülür) Amma sonradan həmin oyunçular yüksək səviyyəyə qalxdılar.
- Siz mayın ortalarında Türkiyə Futbol Federasiyasının rəsmiləri ilə görüşməli və yığma ilə yanaşı, klubda da işləmək üçün icazə almalı idiniz. Lakin barmağınızla bağlı xoşagəlməz olay yaşadığınızdan, danışıqlar baş tutmayıb. Klublardan təklif almısınızmı?
- Bəli. Təkliflər nəzərdən keçirilir.
- Nə vaxtsa İtaliyaya qayıda biləcəyinizi söyləmişdiniz...
- Qayıda bilərəm. İtaliya mənim üçün uzaq ölkə deyil.
- Sonda Azərbaycanın futbol həvəskarlarına nə sözünüz var?
- Qardaşlarıma çoxlu-çoxlu salamlarımı çatdırın. Azərbaycanı çox sevirəm. Özünüzə yaxşı baxın!
Qeyd: Fatih Terimlə müsahibəni təşkil etdiyi üçün AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Mikayıl Nərimanoğluna xüsusi minnətdarlığımızı bildiririk. Fotolar AFFA-nın fotoqrafı Qənbər Cəlilovundur.
Futbol
London derbisində “Arsenal” “Çelsi”ni məğlub edib
İspaniya La Liqası: “Barselona” səfərdə “Valensiya”nı darmadağın edib
Türkiyə Super Liqası: "Fənərbaxça" öz meydanında "Beşiktaş"a məğlub olub
La Liqa: “Real Madrid” bu mövsüm ilk məğlubiyyətini alıb
Xəbər Lenti
Rusiya qüvvələri ötən gecə 306 Ukrayna PUA-sını vurub
Yeni tədris ili ərəfəsində məktəblərin ətrafında təhlükəsizlik tədbirləri gücləndirilib - BİRGƏ MƏLUMAT
Göyçayda 3 aylıq körpə pilləkəndən yıxılaraq ölüb
Gəncədə zəncirvari qəza olub, 3 nəfər xəsarət alıb
Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Dördüncü İqlim Həftəsi keçirilir - FOTO
Dehlidə yataqxana binasının uçması nəticəsində azı 6 nəfər ölüb- VİDEO - YENİLƏNİB
Əmtəə bazarlarında qızıl və gümüşün qiyməti azalıb
Paşinyan yaxın vaxtlarda Rusiyaya səfər edə bilər
Bu günün valyuta məzənnələri
Tayvan silah istehsalını artırmaq üçün 450 milyon dollar ayıracaq
Nizami rayonunun bəzi ərazillərinin qaz təchizatında fasilə yaranacaq
Dünya bazarlarında neft bahalaşır
"NYMEX" əmtəə birjasında təbii qaz ucuzlaşıb
Bakı, Göyçay və Yevlaxın bəzi ərazilərində elektrik enerjisi olmayacaq
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
Asiya fond bazarlarında əsas indekslərdə artım qeydə alınıb
Ağstafada 48 yaşlı kişi bıçaqlanıb
“Bitcoin”in qiyməti yenidən 80 min dollardan aşağı düşüb
Tramp Hörmüz boğazının ABŞ ərazisi olduğunu göstərən xəritə paylaşıb
İran: Hörmüz boğazında yeni koridorla bağlı saziş imzalanacaq
Cənubi Koreya, ABŞ və Yaponiya hərbi təlimlərə başlayıb
"Amazon"un yük təyyarəsi Mayami hava limanı yaxınlığında qəzaya uğrayıb, 5 nəfər ölüb - YENİLƏNİB
Tramp Ayın ABŞ-ın mülkiyyəti olduğunu açıqlayıb
Syerra-Leonenin sabiq prezidenti sürgündən qayıdıb
Tramp əvvəl Putin, daha sonra isə Zelenski ilə telefonla danışacaq
Böyük Britaniya La-Manşda 140 qanunsuz miqrantın olduğu qayığı saxlayıb
Sabiq Pentaqon rəhbəri: ABŞ-İran münaqişəsi daha 6 ay davam edə bilər
Uitkoff: Rusiya ilə danışıqlar olmadan sülh şansı azdır
Türkiyənin qadın voleybol millisi Avropa çempionu olub
Şimali Kiprdə batan gəmidə itkin düşən daha 1 nəfərin meyiti tapılıb
Nepalda sel fəlakətində ölənlərin sayı 1344-ə çatıb
Şəmkirdə evdə 35 yaşlı kişinin meyiti tapılıb
London derbisində “Arsenal” “Çelsi”ni məğlub edib
İspaniya La Liqası: “Barselona” səfərdə “Valensiya”nı darmadağın edib
Şəkidə piyadanı avtomobil vurub öldürüb
Zelenski Rusiya ilə danışıqlar prosesinin bərpa olunduğunu bildirib
Kuşner: Tramp Ukraynadakı münaqişənin nizamlanması ilə bağlı yeni təkliflər paketinin hazırlanmasını tapşırıb
Kabardin-Balkariyada alpinistlər qar uçqununun altında qalıb
İsrailin Livana hücumları nəticəsində ölənlərin sayı 4362 nəfərə çatıb
Husilər Səudiyyə Ərəbistanına məxsus PUA-nı vurduqlarını açıqlayıblar
Ucarda yük avtomobili yanıb
Zelenskinin Uitkoff və Kuşnerlə görüşü başa çatıb, “Avropa üçlüyü”nün iştirakı ilə ikinci raund olacaq- VİDEO - YENİLƏNİB-1
Yağış yağacaq, leysan olacaq, dağ çaylarından sel keçəcək - XƏBƏRDARLIQ
Prezidentin sosial şəbəkə hesablarında HDQ qərargahını ziyarəti ilə bağlı paylaşım edilib
İsrail Livanın cənubuna aviazərbə endirib, ölənlər var - YENİLƏNİB-1
Rusiyadan Honq Konqa qızıl tədarükü rekord həddə çatıb
Milli Məclisin sədri ABŞ-a işgüzar səfər edib
Şahin Mustafayev iranlı nazirlə dəmir yolu tikintisini müzakirə edib
Budanov: “Avropa üçlüyü”nün nümayəndələri Kiyevə gəlib
Lavrov: Almaniya yenə müharibə istəyir