Bank Of Baku

Fatih Terim: “Azərbaycan milli komandasının yaxşı müdafiə xətti var”

Fatih Terim: “Azərbaycan milli komandasının yaxşı müdafiə xətti var”
# 03 iyun 2009 08:35 (UTC +04:00)
Bakı – APA. “Azərbaycan yığması ilə maraqlı oyun alındı. Rəqibimizin yaxşı müdafiə xətti var. Arxa xətlərini yarmaq heç də asan deyildi. Buna baxmayaraq, qələbə qazandıq”. Apasport.az saytının Kayseriyə ezam olunan əməkdaşının məlumatına görə, bu sözləri milli komandamızı 2:0 hesabı ilə məğlub etdikləri oyundan sonra Türkiyə yığmasının baş məşqçisi Fatih Terim deyib.

Milli komandamızı tərifləyən “İmperator” ləqəbli çalışdırıcı bildirib ki, gənc futbolçularımızın oyunundan xoşu gəlib: “Azərbaycan komandası bu gün oynamaq istədi. Xüsusilə də rəqibin gənc oyunçuları yaxşı təsir bağışladılar. Sanki onlar neçə ildir yığmanın heyətində oynayırlar”.

Bu arada Foqts penalti epizoduna toxunub. Amma Terim alman çalışdırıcının iradı ilə barışmayıb: “Tuncay Şanlının vurduğu qolun ofsayd epizodu kimi dəyərləndirilməsini gündəmə gətirmirəm. Bəs onda nəyə görə penalti epizodundan danışaq? Əslində, belə hallarda hakim qərarı ilə razılaşmaq lazımdır. Hakim qırmızı vərəqə verə də bilərdi, verməyə də”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR