Bank Of Baku

“Qalatasaray” rəhbərliyi baş məşqçi Bülənt Korkmazın istefasını qəbul edib

“Qalatasaray” rəhbərliyi baş məşqçi Bülənt Korkmazın istefasını qəbul edib
# 03 iyun 2009 12:21 (UTC +04:00)
Bakı – APA. Türkiyənin “Qalatasaray” klubunun baş məşqçisi Bülənt Korkmaz tutduğu vəzifədən kənarlaşdırılıb. Apasport.az saytının məlumatına görə, iki aydır komandaya rəhbərlik edən 41 yaşlı çalışdırıcı nəticə qazana bilmədiyindən postundan ayrılıb.

“Qalatasaray” İdman Klubunun İdarə Heyəti artıq sabiq baş məşqçinin istefasını qəbul edib. Rəhbərlik Korkmaza gördüyü işlərə görə minnətdarlıq etməklə yanaşı, gələcək fəaliyyətində uğurlar arzulayıb.

Qeyd edək ki, futbolçu karyerası boyu yalnız “Qalatasaray”da çıxış edən Bülənt bu komanda ilə 1999/2000 mövsümündə UEFA kubokunun qalibi olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR