Bank Of Baku

“Qalatasaray”ın baş məşqçiliyinə Frank Raykaard gətirilib

“Qalatasaray”ın baş məşqçiliyinə Frank Raykaard gətirilib
# 05 iyun 2009 11:28 (UTC +04:00)
APA-nın “Qalatasaray”ın rəsmi saytına istinadən verdiyi məlumata görə, bu vəzifəyə məşhur hollandiyalı mütəxəssis Frank Raykaard gətirilib. F. Raykaard bu gün İstanbula gələrək medianın qarşısında klubla rəsmi müqaviləyə imza atacaq.

F. Raykaard 1962-ci ildə doğulub. Futbolçu kimi vətəni Hollandiyanın “Ayaks”, Portuqaliyanın “Sportinq”, İspaniyanın “Real” (Saraqosa) və İtaliyanın “Milan” komandalarında oynayıb. Hollandiya milli komandasında 73 dəfə forma geyib. Məşqçi kimi Hollandiya yığmasını, eyni ölkənin “Sparta” (Rotterdam) komandasını və son olaraq “Barselona”nı çalışdırıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR