Bank Of Baku

İspaniyanın “Real” klubunun məşhur futbolçusu AFFA-nın Futbol akademiyasına baş çəkəcək

İspaniyanın “Real” klubunun məşhur futbolçusu AFFA-nın Futbol akademiyasına baş çəkəcək
# 08 iyun 2009 10:46 (UTC +04:00)
Bakı – APA. İspaniyanın “Real” klubunun əfsanəsi Fernando Yerro AFFA-nın Futbol akademiyasına gedəcək. Assosiasiyanın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentindən apasport.az saytına verilən məlumata görə, “Kral Klubu”nun sabiq futbolçusu da iyunun 9-da saat 21:00-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək Azərbaycan - İspaniya yoldaşlıq oyununa gəlib. Hazırda İspaniya Futbol Federasiyasının İdman və Texniki direktoru olan Yerronun ölkəmizə səfəri həm də işgüzar xarakteri daşıyır. O bu gün saat 15:15-də AFFA-nın Futbol akademiyasına gedərək akademiyanın iş prinsipi ilə tanış olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR