Bank Of Baku

Azərbaycan futbol yığması Bakıda İspaniya milli komandasına böyük hesabla uduzub

Azərbaycan futbol yığması Bakıda İspaniya milli komandasına böyük hesabla uduzub
# 10 iyun 2009 08:20 (UTC +04:00)
Bakı – APA. Futbol üzrə Azərbaycan milli komandası dünən İspaniya ilə yoldaşlıq görüşü keçirib. Apasport.az saytının məlumatına görə, Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan qarşılaşmada böyük hesablı qələbə qeydə alınıb.

Belə ki, ukraynalı İqor İşenkonun idarə etdiyi oyunda son Avropa çempionları milli komandamızın qapısından altı cavabsız top keçiriblər. İlk yarıda David Vilya “het-tirk” edib. İkinci hissədə isə ispanlar daha üç qol vuraq, yığmamızı darmadağın ediblər.

AZƏRBAYCAN - İSPANİYA - 0:6
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu
Baş hakim: İqor İşenko (Ukrayna)
QOLLAR: Vilya, 35; 40; 44; Riera, 68; Guiza, 72; Torres, 87

Qeyd edək ki, Azərbaycan yığması indiyədək Bakıda bu hesabla uduzmamışdı.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR