Bank Of Baku

İqor Ponomaryov “Xəzər-Lənkəran” klubunun baş məşqçisi postundan qovulub

İqor Ponomaryov “Xəzər-Lənkəran” klubunun baş məşqçisi postundan qovulub
# 11 iyun 2009 16:40 (UTC +04:00)
Bakı – APA. “Xəzər-Lənkəran” rəhbərliyi son bir ildə üçüncü dəfə baş məşqçi postunda dəyişiklik edib. Apasport.az saytının məlumatına görə, Lənkəran təmsilçisi İqor Ponomaryovla yollarını ayırıb.

Ötən ilin dekabrında komandanın sükanı arxasına gətirilən Ponomaryov başa çatan mövsümü boşa verdi. Belə ki, “Xəzər-Lənkəran” onun rəhbərliyi altında avrokuboklara vəsiqə qazana bilmədi. Premyer Liqanı 4-cü yerdə başa vuran komanda artıq yeni baş məşqçi axtarışına da çıxıb. Namizədlərlə bağlı hazırlanan geniş siyahıda tanınan mütəxəssislər də yer alıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR