Bank Of Baku

“Xəzər-Lənkəran” klubunun yeni vitse-prezidenti müəyyənləşib - EKSKLÜZİV

“Xəzər-Lənkəran” klubunun yeni vitse-prezidenti müəyyənləşib - <font color=red>EKSKLÜZİV</font>
# 16 iyun 2009 08:57 (UTC +04:00)
Tuyqun Nadirov “Xəzər-Lənkəran” klubunun rəhbərliyinə qayıdıb. Apasport.az saytının məlumatına görə, Nadirov yenidən klubun vitse-prezidenti postunda çalışacaq. O, ötən həftə bu vəzifədən kənarlaşdırılan Rəvan Bəşirovu əvəzləyib.

“Xəzər-Lənkəran” yarandığı gündən etibarən, yəni 2004-cü ildə klubda icraçı-direktor postunu tutan Nadirov 2007-ci ildə Mais Mənsimovun yerinə vitse-prezident vəzifəsinə keçib. Lakin onu ötən ilin yayında UEFA kubokundakı uğursuzluqdan sonra vəzifəsindən azad etmişdilər. Həmin vaxt Nadirovu Araz Nəsirov əvəzləmişdi. 10 aya iki vitse-prezident dəyişən “Xəzər-Lənkəran” rəhbərliyi növbəti dəfə Tuyqun Nadirovla əməkdaşlıq etmək qərarına gəlib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR