Bank Of Baku

Azərbaycan Xarici İşlər Nazirliyinin 90 illik yubileyinə həsr olunan futbol turniri start götürür

Azərbaycan Xarici İşlər Nazirliyinin 90 illik yubileyinə həsr olunan futbol turniri start götürür
# 20 iyun 2009 11:54 (UTC +04:00)
Bakı – APA. İyunun 22-də Bakıda daha bir futbol turniri start götürəcək. APA-nın xəbərinə görə, Xarici İşlər Nazirliyinin 90 illik yubileyinə həsr olunan yarışda 12 komanda mübarizə aparacaq.

“Diplomat-2009” turnirinə Xarici İşlər Nazirliyinin komandası ilə yanaşı, Türkiyə, Səudiyyə Ərəbistanı, Ukrayna, Qətər, İsrail, Böyük Britaniya və Rusiya səfirliklərinin kollektivləri də qatılacaq. Qazaxıstan-Rumıniya və Fransa-Almaniya səfirlikləri isə turnirə birləşmiş komanda buraxacaq. Onlardan başqa, BMT-nin və Dünya Bankının Bakı Nümayəndəlikləri də iştirakçılar arasındadır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR