Bank Of Baku

Azərbaycan klublarının avrokuboklarda rəqibləri müəyyənləşib

Azərbaycan klublarının avrokuboklarda rəqibləri müəyyənləşib
# 22 iyun 2009 15:28 (UTC +04:00)
Bakı – APA. Bu gün İsveçrənin Nyon şəhərində UEFA Çempionlar Liqasının I və II təsnifat mərhələsinin püşkatma mərasimi keçirilib. Apasport.az saytının məlumatına görə, püşkün nəticəsinə əsasən, bu il ölkəmizi Avropanın ən nüfuzlu klub turnirində təmsil edəcək “Bakı”nın rəqibi “Ekranas” (Litva) olacaq.

UEFA Avropa Liqasının I və II təsnifat mərhələsin də püşkü atılıb. Bu turnirdə Premyer Liqanın gümüş mükafatçısı “İnter” (Bakı), bürünc medalların sahibi “Simurq” (Zaqatala) və Azərbaycan kubokunun qalibi “Qarabağ” (Ağdam) mübarizə aparacaq. Püşkatmanın nəticəsinə görə, “İnter” “Spartak”la (Trnava, Slovakiya), “Simurq” “Bney İequda”, “Qarabağ” isə “Rusenborq” (Norveç) – “Runavik” (Farer adaları) oyununun qalibi ilə üz-üzə gələcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR