Bank Of Baku

Tovuzun “Turan” klubunun prezidenti istefa verib

Tovuzun “Turan” klubunun prezidenti istefa verib
# 30 iyun 2009 14:36 (UTC +04:00)
Bakı – APA. Tovuzun “Turan” klubunun prezidenti Elçin Süleymanov tutduğu vəzifədən istefa verib. Apasport.az saytının məlumatına görə, növbəti mövsümdən Premyer Liqada oynamamaq təhlükəsi ilə üzləşən komandanın 32 yaşlı prezidenti artıq istefa ərizəsini yazıb.

Süleymanovun hansı səbəbdən klubdan ayrıldığı açıqlanmasa da, qeyri-rəsmi mənbənin xəbərində bildirilir ki, o, axır vaxtlar “Turan”ın bazasına gəlmirmiş. Həmçinin, tovuzlu futbolçuların son aylar üçün maaşları da verilməyib.

Xatırladaq ki, Süleymanov ötən il Yaşar İbrahimovun əvəzinə prezident postuna təyin olunmuşdu.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR