Bank Of Baku

“Neftçi” klubunun sabiq baş məşqçisi: “Sanki marixuana çəkmişdim”

“Neftçi” klubunun sabiq baş məşqçisi: “Sanki marixuana çəkmişdim”
# 08 iyul 2009 11:15 (UTC +04:00)
Bakı – APA. “Yenidən işləyə bildiyim üçün çox xoşbəxtəm. Hər gün səbirsizliklə məşqləri, futbolçularla görüşü gözləyirəm”. Apasport.az saytının məlumatına görə, bu fikirləri Bakının “Neftçi” klubunun sabiq baş məşqçisi Vlastimil Petrjela deyib.

Vətənində ikinci divizionda mübarizə aparan “Viktoriya Jijkov” klubunda yenicə işə başlayan 56 yaşlı çexiyalı mütəxəssis sevimli işinə qayıtdığı üçün çox sevinir. Ötən il Praqada Ruhi-Əsəb Xəstəxanalarının birində müalicə kursu keçən Petrjela narkoman olduğunu etiraf etmişdi. O, budəfəki hisslərini narkomanlara bağlı bir şeylə müqayisə edib: “İlk məşqdən gələndən sonra elə eyforiyada idim ki... Bunu təsvir etmək qeyri-mümkündür. Sanki marixuana çəkmişdim”.

Qeyd edək ki, Petrjela “Neftçi”də 4 ay çalışıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR