Bank Of Baku

“Bakı” Çempionlar Liqasında keçirdiyi ilk oyunda qələbəni əldən verib

“Bakı” Çempionlar Liqasında keçirdiyi ilk oyunda qələbəni əldən verib
# 15 iyul 2009 08:06 (UTC +04:00)
Bakı – APA. Azərbaycanın Çempionlar Liqasındakı təmsilçisi “Bakı” mübarizəyə qoşulub. Apasport.az saytının məlumatına görə, Qyoko Hacıyevskinin yetirmələri qitənin ən nüfuzlu klub turnirinin ikinci təsnifat mərhələsində Litvanın Panevejis şəhərində yerli “Ekranas”la qarşılaşıb.

İlk yarıda qapılara top vurulmasa da, ikinci hissə başlayan kimi hesab açılıb. 52-ci dəqiqədə Biçka penalti zərbəsindən “Bakı”nı məyus edib. 78-ci dəqiqədə bərabərlik topunu vuran komandamız son dəqiqələrdə daha bir qol vurub. Amma meydan sahibləri tezliklə ikinci qolu vuraraq, məğlubiyyətdən yaxa qurtarıblar.

Çempionlar Liqası, ikinci təsnifat mərhələsi, ilk oyun

“Ekranas” (Litva) - “Bakı” (Azərbaycan) - 2:2
QOLLAR: Biçka, 52, Trakis, 90+2 - Feliks, 78, Batista, 90+1
Hakimlər: Saşa Kever, Devis Dettamanti, Sandro Pozzi, Daniel Vermelinger (hamısı İsveçrə)

Litvadan sərfəli nəticə ilə dönən “Bakı” növbəti mərhələyə yüksəlməyə çox yaxındır. Komandamıza iyulun 21-də Bakıda baş tutacaq matçda 0:0 və ya 1:1 hesablı heç-heçə də sərf edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR