Bank Of Baku

İngiltərənin “Uolsoll” klubuna azərbaycanlı baş məşqçi təyin olunub

İngiltərənin “Uolsoll” klubuna azərbaycanlı baş məşqçi təyin olunub
# 16 iyul 2009 08:04 (UTC +04:00)
Bakı – APA. Azərbaycan Əlillər Futbolu Federasiyasının (AƏFF) məşqçisi İlham Təhməzov İngiltərədə çalışacaq. AƏFF mətbuat xidmətindən apasport.az saytına verilən məlumata görə, Təhməzov İngiltərənin II divizionunda çıxış edən “Uolsoll” klubunun 15 yaşlılardan ibarət komandasının baş məşqçisi olub. O, britaniyalılarla 2010-cu ilin noyabrınadək müqavilə bağlayıb.

Hazırda Təhməzov AFFA-nın dəstəyi ilə Almaniyanın Leypsiq Universitetinin İdman Fakültəsində futbol məşqçiləri üçün təşkil olunmuş 5 aylıq (1 mart – 31 avqust) beynəlxalq kursdadır. Həmvətənimiz imtahanlarda göstərdiyi uğurlu nəticələrlə Avropa klublarının diqqətini cəlb edib. Gənc məşqçi qitənin 4 aparıcı klubunun futbol akademiyasından - Drezden, Berlin, Sevilya və Höteborqdan təklif alıb. Lakin bu təklifləri qəbul etməyən Təhməzov “Uolsoll” klubunun U-15-nə rəhbərlik etmək qərarına gəlib. Bununla da, o, İngiltərədə çalışacaq ilk azərbaycanlı məşqçiyə çevrilib.

Xatırladaq ki, İlham əvvəllər Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında bakalavr və magistr, ABŞ-ın Lake Forest Universitetində magistr dərəcəsində təhsil alıb. İngiltərənin “Portsmut” klubunda 5 aylıq təcrübə keçmiş Təhməzov UEFA-nın B kateqoriyalı məşqçisidir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR