Bank Of Baku

Azərbaycan yığmasına daha 2 futbolçu çağırıldı

Azərbaycan yığmasına daha 2 futbolçu çağırıldı
# 22 iyul 2009 14:09 (UTC +04:00)
Bakı – APA. Azərbaycan milli komandasına daha iki futbolçu dəvət olunub. AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentindən apasport.az saytına verilən məlumata görə, “Neftçi”nin müdafiəçisi Tural Nərimanovla “Xəzər-Lənkəran”ın yarımmüdafiəçisi Rahid Əmirquliyev yığmanın iyulun 27-dən avqustun 6-dək İsveçrənin Sürix şəhərində keçirəcəyi təlim-məşq toplanışına cəlb olunacaq. Hər iki futbolçunun adı bir müddət əvvəl açıqlanmış siyahıda ehtiyat oyunçular kimi göstərilmişdi. Turalla Rahid Sürixdən qayıdandan sonra avqustun 12-də Almaniya yığması ilə Bakıda keçiriləcək rəsmi oyuna hazırlıqda da iştirak edəcək.

Qeyd edək ki, milli komandamızın baş məşqçisi Berti Foqts gənclər yığmamızın üzvləri olan Nərimanovla Əmirquliyevə arabir dəvət göndərib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR