Bank Of Baku

“Qarabağ” avroliqanın ikinci təsnifat mərhələsində 20 qat Norveç çempionu “Rusenborq” üzərində qələbə qazanıb

“Qarabağ” avroliqanın ikinci təsnifat mərhələsində 20 qat Norveç çempionu “Rusenborq” üzərində qələbə qazanıb
# 24 iyul 2009 08:20 (UTC +04:00)
Bakı – APA. Avroliqanın ikinci təsnifat mərhələsində cavab oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, ölkəmizin bu turnirdəki yeganə təmsilçisi “Qarabağ” növbəti mərhələyə yüksələn komandalardan biri olub. Ağdam təmsilçisi 20 qat Norveç çempionu ilə görüşdən qələbə ilə ayrılıb – 1:0. Yeganə qolu arasında ilk yarının son dəqiqəsində Rəşada Sadıqov vurub.
Komandalar arasında 1 həftə əvvəl Norveçdə baş tutan oyunda hesab açıqlamadığından “Qarabağ” üçüncü mərhələyə yüksəlib. Komandamız burada “Honka” (Finlandiya) ilə qarşılaşacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR