Bank Of Baku

Berti Foqts milli komandanın əsas qapıçısını heyətdən uzaqlaşdırıb

Berti Foqts milli komandanın əsas qapıçısını heyətdən uzaqlaşdırıb
# 25 iyul 2009 10:20 (UTC +04:00)
APA – Bakı. “Xəzər-Lənkəran”ın qapıçısı Kamran Ağayev Azərbaycan milli komandasının növbəti təlim-məşq toplanışında iştirak etməyəcək. Apasport.az-ın AFFA-nın rəsmi İnternet saytına istinadən məlumatına görə, baş məşqçi Berti Foqts gənc futbolçunun adını hazırlıq prosesinə çağırdığı siyahıdan çıxarıb.

Buna səbəb Kamranın zədəsinin tam sağalmamasıdır. O, məşqlərini fərdi qaydada davam etdirəcək. Təlim-məşq toplanışı 27 iyul - 6 avqust aralığında Bakıda keçiriləcək. Bu, avqustun 12-də Almaniyaya qarşı dünya çempionatının seçmə oyununa hazırlıq xarakteri daşıyacaq. Çox güman ki, Ağayev almanlarla oyunu da buraxacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR