Bank Of Baku

“Neftçi” klubunun futbolçusu Braziliya yığmasına qarşı oynayacaq

“Neftçi” klubunun futbolçusu Braziliya yığmasına qarşı oynayacaq
# 28 iyul 2009 14:18 (UTC +04:00)
Bakı – APA. Azərbaycanda top qovan 2 futbolçu Latviya yığmasına çağırılıb. Apasport.az saytının məlumatına görə, baş məşqçi Aleksandr Starkov “İnter” və “Simurq”un yarımmüdafiəçiləri Andrey Rubinlə Gennadi Solonitsına dəvət göndərib. Rubin artıq bir ildir ölkəmizdə çıxış etdiyi halda, Solonitsın bu yay transfer olunub və yalnız İsrailin “Bney Yehuda” klubu ilə Avroliqa oyunlarda forma geyinib. Onlar avqustun 12-də Bolqarıstanla Sofiyadakı yoldaşlıq görüşündə iştirak edəcəklər.
Ölkəmizdə çıxış edən Baltikyanı ölkənin daha bir təmsilçisi – Dmitri Kruqlov da gələn ay keçiriləcək yoldaşlıq görüşünə dəvət alıb. “Neftçi”nin estoniyalı müdafiəçisi Braziliya yığması ilə oyuna çağırılıb. Estonlar beşqat dünya çempionlarını qəbul edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR