Bank Of Baku

“Qalatasaray” braziliyalı ulduz Elanonu transfer edib - FOTO

“Qalatasaray” braziliyalı ulduz Elanonu transfer edib - <font color=red>FOTO</font>
# 30 iyul 2009 07:31 (UTC +04:00)
Bakı – APA. Türkiyənin “Qalatasaray” idman klubu özünün futbol komandası üçün növbəti transfer həyata keçirib. APA-nın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, “Mançester Siti”nin və Braziliya milli komandasının ulduzu Elano Blumerlə 4 illik müqavilə imzalanıb. 28 yaşlı Elano orta xətt oyunçusudur və Braziliya milli komandasında 35 dəfə forma geyərək 6 qol vurub. Elano “Mançester Siti”dən əvvəl Ukraynanın “Şaxtyor” (Donetsk) və Braziliyanın “Santos” komandalarında oynayıb. Futbolçu iyulun 31-də İstanbula gələrək medianın önündə rəsmi müqaviləyə imza atacaq.

Xatırladaq ki, “Qalatasaray” bu sezon İspaniyanın “Atletiko” (Madrid) klubundan argentinalı qapıçı Leo Franko və Fransanın “Lion” klubundan Fil Dişi Sahilləri milli komandasının orta xətt oyunçusu Əbdülqadir Keytanı transfer edib. “Qalatasaray” futbol komandasına məşhur hollandiyalı mütəxəssis Frank Raykaard məşqçilik edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR