Bank Of Baku

“Bakı” klubu Çempionlar Liqasında mübarizəni dayandırıb

“Bakı” klubu Çempionlar Liqasında mübarizəni dayandırıb
# 06 avqust 2009 08:40 (UTC +04:00)
Çempionlar Liqasında üçüncü təsnifat mərhələsinin cavab oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, Azərbaycanı bu nüfuzlu turnirdə təmsil edən “Bakı” Sofiyada “Levski” klubunun qonağı olub.

Bakıda keçirilmiş ilk oyundan qolsuz heç-heçə ilə ayrılan Azərbaycan çempionu Sofiyada uğursuzluqla üzləşib. Meydan sahibləri ikinci yarıda vurduğu qollarla növbəti mərhələyə yüksəliblər. “Bakı” isə mübarizəni Avroliqada davam etdirəcək.

Çempionlar Liqası

Üçüncü təsnifat mərhələsi, cavab oyunları

"Levski" (Bolqarıstan) - "Bakı" (Azərbaycan) 2:0
Yovov, 64, Xristov, 80
İlk oyun - 0:0

"Dinamo" (Moskva, Rusiya) - "Seltik" (Şotlandiya) 0:2
Makdonald, 45, Samaras, 90+1
İlk oyun - 1:0

"Maribor" (Sloveniya) - "Sürix" (İsveçrə) 0:3
Curiç, 20, Marqairas, 45, Nikçi, 76
İlk oyun - 3:2

"Politexnika" (Timişoara, Rumıniya) - "Şaxtyor" (Ukrayna) 0:0
İlk oyun - 2:2

"Slaviya" (Çexiya) - "Şerif" (Moldava) 1:1
Qlouçek, 15 - Nadson, 90
İlk oyun - 0:0

BATE (Belarus) - "Ventspils" (Latviya) 2:1
Krivets, 43, 57 - Tiriqlas, 14
İlk oyun - 0:1

"Debretsen" (Macarıstan) - "Levadiya" (Estoniya) 1:0
Kulibali, 70
İlk oyun - 1:0

"Olimpiakos" (Yunanıstan) - "Slovan" (Slovakiya) 2:0
Mareska, 35, Dioqo, 56
İlk oyun - 2:0

"Partizan" (Serbiya) - "Apoel" (Kipr) 1:0
Moreyra, 3
İlk oyun - 0:2

"Stabek" (Norveç) - "Kopenhagen" (Danimarka) 0:0
İlk oyun - 1:3
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR