Bank Of Baku

Azərbaycan milli komandası “Fənərbaxça”ya böyük hesabla qalib gəlib

Azərbaycan milli komandası “Fənərbaxça”ya böyük hesabla qalib gəlib
# 10 avqust 2009 10:57 (UTC +04:00)
AFFA-nın “Akademiya” (U-15) komandası Türkiyə toplanışı çərçivəsində ilk yoxlama oyununu keçirib. Apasport.az-ın assosiasiyanın rəsmi saytına istinadən məlumatına görə, iyulun 14-dən etibarən “Fənərbaxça” klubunun bazasında hazırlıq keçən yeniyetmə futbolçularımız yoldaşlıq oyununda meydan sahibləri ilə görüşüblər.

“Akademiya” “Fənərbaxça”nın 15 yaşlılardan ibarət komandasını darmadağın edib - 7:0. Qarşılaşmanın qəhrəmanı Qurbanəli Əliyev olub. O, “sarı-lacivərdlilər”in qapısına 4 qol vurub. Seyidrazi Ağayev, Yusif Bağırov və Kənan Manafov isə hərəyə bir dəfə fərqlənib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR