Bank Of Baku

Bundestaq millət vəkili Azərbaycan-Almaniya matçını izləyəcək

Bundestaq millət vəkili Azərbaycan-Almaniya matçını izləyəcək
# 11 avqust 2009 13:45 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Bakıda səfərdə olan Bundestaq millət vəkili, Qafqaz Parlamentlərarası Dostluq Qrupunun sədri Steffen Rayxe sabah Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək Azərbaycan - Almaniya matçını izləyəcək. Bu haqda apasport.az saytına Rayxe özü məlumat verib.

Almaniyalı deputat oyunu canlı izləmək imkanı qazandığı üçün sevindiyini bildirib: “Səfərimin bu ərəfədə olmasından çox məmnunam. Bu qarşılaşmada hər iki yığmaya uğurlar arzulayıram. Azərbaycan yığmasının baş məşqçisi almaniyalı olduğundan, sabahkı oyun daha böyük maraq doğurur”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR