Bank Of Baku

Mixael Ballak: “Azərbaycanla oyunda erkən qol vurmağımız ziyanımıza oldu”

Mixael Ballak: “Azərbaycanla oyunda erkən qol vurmağımız ziyanımıza oldu”
# 13 avqust 2009 12:20 (UTC +04:00)
“Azərbaycan milli komandasını məğlub etdiyimiz üçün çox sevinirik. Axı, biz vətənə mütləq qələbə ilə dönməli idik”. Apasport.az saytının məlumatına görə, bu sözləri Almaniya milli komandasının kapitanı Mixael Ballak deyib.

Dünya çempionatının seçmə qrup mərhələsinin oyununda Azərbaycan yığması üzərində 2:0 hesablı qələbə barədə danışan Bundestimin təcrübəli yarımmüdafiəçisi maraqlı ifadə işlədib: “Erkən qol vurmağımız ziyanımıza oldu. Bundan sonra oyuna nəzarəti itirdik. Öz optimal oyunumuzu tapmağa çətinlik çəkirdik. Amma əslində, bundan da artığına qadir idik”.

Yığmamızın qapısından ilk topu keçirmiş Bastian Şvaynştayger sevincini gizlətməyib: “Azərbaycanla matçda işimizin nə dərəcədə çətin olduğunu hamı gördü. Buna baxmayaraq, qələbə qazandıq. 3 xal əldə etməyimiz sevindiricidir. Bizdən əvvəl Bakıda seçmə oyun keçirən komandaların heç biri birdən artıq qol vurmayıb. Biz isə daha çox - 2 dəfə fərqləndik. Yaxşı ki, hesabı qarşılaşmanın əvvəlində açdıq. Yoxsa işimiz daha çətin ola bilərdi. İndi qarşıda Azərbaycanla ev oyunumuz var. Sonra isə Rusiyada, süni örtükdə oynamaq kimi çətin bir işin öhdəsindən gəlməli olacağıq”.

Hücumçu Miroslav Kloze də çətinliklə üzləşdiklərini etiraf edib: “Bakıdakı qarşılaşmada çox çalışıb, əziyyət çəkməli olduq. Topa yiyələnməyə imkan tapsaq da, istədiyimiz kimi davrana bilmirdik. Üstəlik, bunun özü də çətinlik bahasına başa gəlirdi. Axı, önündə mütəşəkkil qurulmuş komanda olanda istədiyini etmək asan olmur. Azərbaycan da məhz belə komandalardandır. Bizi qınayanların yalnız bir iradı ola bilər. Bu da ikinci qoldan sonra sakitləşib, pauza yaratmağımızdır”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR