Bank Of Baku

Azərbaycan futbol çempionatının növbəti mövsümü sabah start götürəcək

Azərbaycan futbol çempionatının növbəti mövsümü sabah start götürəcək
# 13 avqust 2009 13:51 (UTC +04:00)
Açılış matçı hər iki komandanın baş məşqçisi ölkəmizdə debüt edəcək. Azərbaycanda çalışan ilk bosniyalı mütəxəssis Kamal Alispahiçin çalışdırdığı “Muğan” Litvanın Azərbaycandakı birinci məşqçisi Valdas İvanauskasın klubunu üstələməyə çalışacaq. Bu matç həm də qonaqların Sumqayıt təmsilçisi kimi keçirdiyi ilk oyun kimi tarixə düşəcək.

“Şəfa” stadionu elə ilk turdan yüklənməyə məruz qalacaq. Belə ki, şənbə günü “İnter”, ertəsi günü isə “Olimpik” ev oyununu burada keçirəcək. Kaxaber Sxadadzenin yeni klubda Premyer Liqaya qayıdışı “Karvan”la görüşə təsadüf edəcəksə, paytaxt derbisində köhnə tanışlar üz-üzə gələcək. Turun daha bir oyunu Mingəçevirdə baş tutacaq. Doğma stadionda təmir işləri aparan “Qəbələ” başqa məkanda “Simurq”la üz-üzə gələcək.

Qeyd edək ki, avrokuboklarda mübarizəni davam etdirən “Bakı” və “Qarabağ”ın iştirakı ilə keçirilməli olan matçlar təxirə salındığından, ilk turda cəmi 4 görüş baş tutacaq.

14 avqust (cümə)

18:00. "Muğan" - "Standard"


Hakimlər: Anar Salmanov, Azər Əsgərov, İlham Əliyev, Azad Mütəllimov
Hakim-inspektor: Səfər Haşımov
AFFA nümayəndəsi: Bəşir Əliyev
Salyan Olimpiya Kompleksinin stadionu

15 avqust (şənbə)

19:00. "İnter" - "Karvan"


Hakimlər: Fariz Yusifov, Ramiz Əsədov, Elman Musayev, Elçin Məmmədov
Hakim-inspektor: Füzuli Nəcəfov
AFFA nümayəndəsi: Vaqif Məmmədov
Bakı. "Şəfa" stadionu

16 avqust (bazar)

18:00. "Qəbələ" - "Simurq"


Hakimlər: Rövşən Əhmədov, Roman Vasilyev, Mehman Mahmudov, Rövşən Məmmədov
Hakim-inspektor: Nizami Şərifov
AFFA nümayəndəsi: Qürbət Həsənov
Mingəçevir şəhər stadionu

20:00. "Olimpik-Şüvəlan" - "Neftçi"

Hakimlər: Vüsal Əliyev, Vaqif Musayev, Orxan Məmmədov, Əfqan Həmzəyev
Hakim-inspektor: Şahin Cəfərov
AFFA nümayəndəsi: Məlik Həsənov
Bakı. "Şəfa" stadionu
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR