Bank Of Baku

Azarkeş rəqib komandanın futbolçusuna bıçaqla hücum çəkib

Azarkeş rəqib komandanın futbolçusuna bıçaqla hücum çəkib
# 13 avqust 2009 16:25 (UTC +04:00)
Cənubi Amerikanın nüfuzlu “Sudamerikana” futbol turnirində dəhşətli anlar yaşanıb. Apasport.az saytının məlumatına görə, Boliviyada yerli “Bloominq”lə Uruqvayın “River Pleyt” klubları arasında keçirilən matçda bir futbolçu ölümdən dönüb.

Belə ki, oyunun 63-cü dəqiqəsində qonaqlar Henri Gimenesin sayəsində hesabı açıblar. Sevimli komandasının hesabda geri düşməsini həzm edə bilməyən “Bloominq”in bir azarkeşi meydana daxil olaraq, Gimenesin üzərinə hücum çəkib. Fanatın əlində bıçaq olması, vəziyyəti kritik həddə çatdırıb. Azarkeş Gimenesə çatan kimi, baş zərbəsi ilə onu yerə sərib. Futbolçuya təkrar zərbə vurmaq istəyərkən isə onun qarşısını polislər kəsiblər. Elə bu zaman bıçaq fanatın əlindən düşüb və təhlükə tam sovuşub. Güclü zərbə almasına baxmayaraq, Gimenes tezliklə özünə gəlib.

Oyunun perulu baş hakimi Viktor Karilyo dərhal qarşılaşmanın təxirə salınması barədə qərar verib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR