Bank Of Baku

Rəşad Sadıqov “Qarabağ” klubunda oynaya bilməyəcək

Rəşad Sadıqov “Qarabağ” klubunda oynaya bilməyəcək
# 14 avqust 2009 08:09 (UTC +04:00)
Avropa Liqasının dördüncü təsnifat mərhələsində mübarizə aparan “Qarabağ” ciddi itki ilə üzləşib. Klubun mətbuat xidmətindən apasport.az saytına verilən məlumata görə, qitə miqyaslı yarışlarda Rəşad Sadıqovun xidmətindən yararlanmaq mümkün olmayacaq. Buna milli komandamızın kapitanının avqustun 12-də dünya çempionatının seçmə mərhələsində keçirilən Almaniya ilə oyun ərəfəsində məşqdə əzələsini qırması səbəb olub.

27 yaşlı müdafiəçi almaniyalılarla matça zədəli çıxıb. Qarşılaşmadan sonra həkim müayinəsindən keçən futbolçunun 4-5 həftə yaşıl meydanlardan kənar qalacağı müəyyənləşib. Buna görə də Sadıqov avqustun 20-də və 27-də Hollandiyanın “Tvente” klubu ilə oyunlarda iştirak edə bilməyəcək.

Qeyd edək ki, Rəşad Sadıqov “Qarabağ”ın heyətində cari mövsüm avrokuboklarda ən çox qol vuran (2 qol) iki oyunçudan biridir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR