Bank Of Baku

UEFA “Bakı” klubunu 15 min avro cərimələyib

UEFA “Bakı” klubunu 15 min avro cərimələyib
# 19 avqust 2009 12:20 (UTC +04:00)
Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) “Bakı” klubunu cəzalandırıb. AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentindən apasport.az saytına verilən məlumata görə, qitə futbol qurumunun Nizam-İntizam Komitəsi Azərbaycan çempionuna pul cəzası kəsib. Buna Çempionlar Liqasının üçüncü təsnifat mərhələsində iyulun 28-də Tofiq Bəhramov adına Respublika stadionunda keçirilmiş “Bakı” - “Levski” (0:0) qarşılaşması səbəb olub.

Matçda təşkilati işlərin və təhlükəsizlik tədbirlərinin tələb edilən səviyyədə olmamasına görə UEFA “Bakı”nı 15 min avro məbləğində cərimələyib və bununla bağlı AFFA-ya rəsmi məktub göndərib.

Qeyd edək ki, məhz bu oyundan sonra UEFA Azərbaycan klublarının avrokuboklarda oyunlarının təşkilini və təhlükəsizliyin təmin olunmasını AFFA-ya tapşırıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR