Bank Of Baku

Madridin “Real” klubunun futbolçuları oruc tuturlar

Madridin “Real” klubunun futbolçuları oruc tuturlar
# 24 avqust 2009 11:53 (UTC +04:00)
Bakı – APA. Madridin “Real” klubunun şərəfini qoruyan bir neçə futbolçu müqəddəs Ramazan ayının şərtlərinə əməl edir. Apasport.az saytının məlumatına görə, komandanın 3 üzvü - malili Məhəmməd Diarra, Lassana Diarra və Kərim Benzema oruc tutur.

Ramazan ayı ərzində “Real” İspaniya çempionatında “Deportivo”, “Espanyol” və “Heres”ə qarşı mübarizə aparacaq. Üstəlik, Benzema və Lassananı Fransa yığmasının heyətində 2 matç gözləyir. Klubun həkimləri oruc tutan futbolçuların çətinlik yaşamamaları üçün xüsusi proqram tərtib ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR