Bank Of Baku

Sabah Lənkəranda “Cənub mirvarisi -2009” futbol turniri start götürəcək

Sabah Lənkəranda “Cənub  mirvarisi -2009” futbol turniri start götürəcək
# 01 sentyabr 2009 07:46 (UTC +04:00)
Lənkəran. Ağəddin Babayev – APA. Sabah Lənkəran Olimpiya İdman Kompleksinin stadionunda “Pal-Süd Dağıtım” MMC-nin baş sponsorluğu və Cənub Regional Futbol Federasiyasının (CRFF) təşkilatçılığı ilə 1996/1997-ci il təvəllüdlü yeniyetmələr arasında “Cənub mirvarisi-2009” III futbol çempionatına start veriləcək. Bu barədə APA-nın cənub bürosuna məlumat verən CRFF-nin prezidenti Sakin Məmmədzadənin sözlərinə görə, çempionatda cənub regionunu əhatə edən Astara, Lənkəran, Lerik, Masallı, Cəlilabad, Biləsuvar, Neftçala və Yardımlı rayonlarından müvafiq yaş qruplarında olan komandalar 2 qrupda mübarizə aparacaqlar. Hər iki qrupdan 2 qalib komanda dairəvi sistem üzrə birincilik uğrunda qüvvələrini sınayacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR