Bank Of Baku

Bakının “İnter” klubu Ermənistanda oynayan futbolçunu transfer edib

Bakının “İnter” klubu Ermənistanda oynayan futbolçunu transfer edib
# 02 sentyabr 2009 08:15 (UTC +04:00)
Bakı – APA. Ermənistanda oynamış belaruslu futbolçu Vitali Ledenyov karyerasını Azərbaycanda davam etdirəcək. Apasport.az saytının məlumatına görə, ötən il “Banants” klubunun şərəfini qorumuş 30 yaşlı hücumçu “İnter”ə keçib. Bununla da Vitali 2 il fasilədən sonra yenidən ölkəmizdə oynamaq imkanı qazanıb.
2007-ci ilin fevralında Minsk “Dinamo”sundan İmişlinin “MKT-Araz” klubuna keçən Ledenyov cəmi yarım mövsümdən sonra vətəninə qayıdıb. Ermənistanda da möhkəmlənə bilməyən Vitali orada 6 qol vurub və bu göstərici ilə ölkə birinciliyində 10-cu yeri tutub. Ledenyov özü isə bildirib ki, bədnam qonşularımız onu həmin mövsümün ən yaxşı legioneri sayıblar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR