Berti Foqts: “Azərbaycan yığması Finlandiyaya qalib gəlsə, bu, sensasiya olacaq”
- Salaməleykum. Təəssüf ki, yığmanın heyətində bəzi futbolçuların oyun təcrübəsi yoxdur. Onlar çempionatın son turunda oynamayıblar. Mən bunu başa düşə bilmirəm. Futbolda əsas amil oyun təcrübəsidir. Bağışlayın, su içirəm, Lənkəran çox istidir, ona görə də su qabını əlimdə saxlamışam. Milli komandanın üzvlərindən soruşdum ki, Premyer Liqada nə qədər forma geyinmisiniz? Cəmi iki futbolçu hər iki matçda 90 dəqiqə oynayıb. Bəziləri yarım saat çıxış edib, bəziləri isə ehtiyatda qalıblar. Almaniya Bundesliqasında isə yığma üzvləri bütün oyunu meydanda olurlar. Finlandiyada futbolçunun 50 oyunluq təcrübəsi var. Almaniya, Finlandiya klubları həftənin 4-cü günü Avroliqada mübarizə aparır, ardından həftəsonu çempionat matçına çıxırlar. Bizdə isə belə deyil. Bunu biz dəyişə bilmərik. Digər problem 4 günə 2 qarşılaşmanın keçirilməsidir. Sentyabrın 5-də Almaniya ilə görüşüb, bundan 4 gün sonra isə Finlandiyanı qəbul etməyimiz düzgün olardı. Finlandiya ilə matçdan sonra səfərdə dünyanın ən güclü komandalarından birinə qarşı mübarizə aparacağıq. Bilmirəm, qrafiki nəyə görə belə tərtib ediblər?
Lənkəranda olduğumuza görə şadam. Burada çox gözəl meydança var, məskunlaşdığımız yerdə də hər şey yaxşıdır. Lənkərandan futbol iyi gəlir. Ona görə də futbolçular vaxtından qabaq meydançaya daxil olub, məşqə başlayırlar. Biz Finlandiyaya qalib gəlmək istəyirik. Qarşıdakı görüşdə səhv edə bilmərik. Uelslə matçda bir səhv etdik, məğlubiyyətlə üzləşdik. Ötən il finlərlə səfər qarşılaşmasında da bir səhvin ucbatından qapımıza penalti təyin olundu.
- Sizcə, yığma üzvlərinin klublarda meydançaya buraxılmaması məqsədli addım deyil ki? Bəlkə klublar həmin futbolçuların oyun təcrübəsinin azlığı nəticəsində milli komandanın uğursuzluğa düçar olmasına çalışırlar? Özü də bir neçə gün öncə “İnetr” və “Simurq” rəhbərlikləri yığmaya futbolçu buraxmaq istəmirdilər.
- Bu sualı “İnter” və “Simurq” rəsmilərinə ünvanlayın. Maraqlıdır ki, “İnter” bizimlə yoldaşlıq görüşü keçirmək istəyirdi (gülür).
- Oyunun Lənkəranda keçirilməsi azarkeşlərdə bayram əhval-ruhiyyəsi yaradıb. Fanatlar oyundan sonra da belə əhval-ruhiyyədə ola biləcəklərmi?
- Sizin sualınız xoşuma gəldi. İnanıram ki, qarşılaşmadan sonra azarkeşlərin sevinci davam edəcək. Biz Lixtenşteyn və Uelsi də Lənkəranda qəbul etmək niyyətində idik. Lakin həmin vaxt bu haqda müvafiq prosedur qaydaları yerinə yetirməyə gecikmişdik.
- Finlandiya ilə görüşdə zədəli Rəşad Sadıqovu kim əvəzləyəcək?
- Komandanın lideri, kapitan Rəşad Sadıqov kimi futbolçunu olmaması çox pisdir. Üstəlik, Rail Məlikov və Aleksandr Çertoqanov cəzalı durumdadır. Digər futbolçular arasında seçim edəcəyik.
- Almaniya yığmasının kapitanı Mixael Ballak Azərbaycana yenidən qalib gələcəklərini söyləyib. Siz bu barədə nə deyə bilərsiniz?
- Biz Almaniyanı Almaniyada udmaq istəyirik. Bakıdakı oyundan sonra Almaniya mətbuatının öz milli komandalarını necə tənqid etməsindən xəbərim var. Hazırda əsas diqqətimizi finlərlə görüşə yönəltmişik.
- Necə düşünürsünüz, məkan dəyişikliyi qələbə qazanmağımıza təsir edə bilərmi?
- Ola bilər. Ümidvaram ki, azarkeşlərdəki müsbət enerji oyunçularıma keçəcək. Bizim komandamız cavan futbolçulardan təşkil olunub. Onlar finlərə qarşı aqressiv oynayacaqlar. Lixtenşteynlə matçda fiziki cəhətdən 60 dəqiqə mübarizə aparmağı bacardıq. Almaniya ilə görüşdə isə 90 dəqiqə ərzində müqavimət göstərdik. Bu 18-19 futbolçu milli komandanın gələcəyidir. Sadəcə, onların püxtələşməsi üçün vaxt lazımdır. Oyunçular bu səviyyədə məşq etsələr və öz klublarında oyun təcrübəsinə malik olsalar, 4-5 ildən sonra yığma ilə fəxr edəcəyik.
- Finlandiya ilə qarşılaşmada bizim üçün 3 nəticə ola bilər: qələbə, heç-heçə və ya məğlubiyyət. Heç-heçəni uğursuzluq hesab edəcəksinizmi?
- Finlandiya yığması dünya çempionatının seçmə qrup mərhələsində 3-cü pillədə qərarlaşıb. Onlara qalib gəlsək, bu, sensasiya olacaq.
- Azərbaycan - Rusiya matçının da Lənkəranda təşkil olunmaq ehtimalı varmı?
- Bu suala cavab verə bilmərəm.
- Kamran Ağayev finlərlə oyunda əsas heyətdə yer alacaq?
- Bildiyiniz kimi, Kamran Ağayev zədəli idi. İndi o, məşqdən məşqə fiziki formasını yaxşılaşdırır. Sabah son məşqdən sonra onun ilk “11-lik”də yer alıb-almayacağına qərar verəcəyik.
- Finlandiya ilə matçda hücum taktikası seçəcəksiniz, yoxsa müdafiə?
- Siz Finlandiyadan gəlmisiniz?
- Bəli.
- Onda müdafiə taktikası (gülür).
Futbol
London derbisində “Arsenal” “Çelsi”ni məğlub edib
İspaniya La Liqası: “Barselona” səfərdə “Valensiya”nı darmadağın edib
Türkiyə Super Liqası: "Fənərbaxça" öz meydanında "Beşiktaş"a məğlub olub
La Liqa: “Real Madrid” bu mövsüm ilk məğlubiyyətini alıb
Xəbər Lenti
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
Asiya fond bazarlarında əsas indekslərdə artım qeydə alınıb
Ağstafada 25 yaşlı gənc oğlan bıçaqlanıb
“Bitcoin”in qiyməti yenidən 80 min dollardan aşağı düşüb
Tramp Hörmüz boğazının ABŞ ərazisi olduğunu göstərən xəritə paylaşıb
İran: Hörmüz boğazında yeni koridorla bağlı saziş imzalanacaq
Cənubi Koreya, ABŞ və Yaponiya hərbi təlimlərə başlayıb
"Amazon"un yük təyyarəsi Mayami hava limanı yaxınlığında qəzaya uğrayıb, 5 nəfər ölüb - YENİLƏNİB
Tramp Ayın ABŞ-ın mülkiyyəti olduğunu açıqlayıb
Syerra-Leonenin sabiq prezidenti sürgündən qayıdıb
Tramp əvvəl Putin, daha sonra isə Zelenski ilə telefonla danışacaq
Böyük Britaniya La-Manşda 140 qanunsuz miqrantın olduğu qayığı saxlayıb
Sabiq Pentaqon rəhbəri: ABŞ-İran münaqişəsi daha 6 ay davam edə bilər
Uitkoff: Rusiya ilə danışıqlar olmadan sülh şansı azdır
Türkiyənin qadın voleybol millisi Avropa çempionu olub
Şimali Kiprdə batan gəmidə itkin düşən daha 1 nəfərin meyiti tapılıb
Nepalda sel fəlakətində ölənlərin sayı 1344-ə çatıb
Şəmkirdə evdə 35 yaşlı kişinin meyiti tapılıb
London derbisində “Arsenal” “Çelsi”ni məğlub edib
İspaniya La Liqası: “Barselona” səfərdə “Valensiya”nı darmadağın edib
Şəkidə piyadanı avtomobil vurub öldürüb
Zelenski Rusiya ilə danışıqlar prosesinin bərpa olunduğunu bildirib
Kuşner: Tramp Ukraynadakı münaqişənin nizamlanması ilə bağlı yeni təkliflər paketinin hazırlanmasını tapşırıb
Kabardin-Balkariyada alpinistlər qar uçqununun altında qalıb
İsrailin Livana hücumları nəticəsində ölənlərin sayı 4362 nəfərə çatıb
Husilər Səudiyyə Ərəbistanına məxsus PUA-nı vurduqlarını açıqlayıblar
Ucarda yük avtomobili yanıb
Zelenskinin Uitkoff və Kuşnerlə görüşü başa çatıb, “Avropa üçlüyü”nün iştirakı ilə ikinci raund olacaq- VİDEO - YENİLƏNİB-1
Yağış yağacaq, leysan olacaq, dağ çaylarından sel keçəcək - XƏBƏRDARLIQ
Prezidentin sosial şəbəkə hesablarında HDQ qərargahını ziyarəti ilə bağlı paylaşım edilib
Dehlidə yataqxana binası uçub, 3 nəfər ölüb, 50 nəfər dağıntılar altında qalıb - VİDEO
İsrail Livanın cənubuna aviazərbə endirib, ölənlər var - YENİLƏNİB-1
Rusiyadan Honq Konqa qızıl tədarükü rekord həddə çatıb
Milli Məclisin sədri ABŞ-a işgüzar səfər edib
Şahin Mustafayev iranlı nazirlə dəmir yolu tikintisini müzakirə edib
Budanov: “Avropa üçlüyü”nün nümayəndələri Kiyevə gəlib
Lavrov: Almaniya yenə müharibə istəyir
Roma Papası Ukrayna münaqişəsinin nizamlanması üçün yeni cəhdlərin uğurlu olmasını arzulayıb
Tibetdə torpaq sürüşməsində ölənlərin sayı 43 nəfərə çatıb, 519 nəfər itkin düşüb
Prezident İlham Əliyev Hərbi Dəniz Qüvvələrində olub - FOTO - VİDEO
Çester divarlarından Çörçillin heykəlinə: Britaniyanın tarixi irsi hansı təhlükələrlə üzləşir? - ARAŞDIRMA
Naxçıvanda zəncirvari qəza olub, xəsarət alanlar var - FOTO
ABŞ-də milli irs vandalizmdən necə qorunur? - TƏHLİL
Buraxılış imtahanlarında üzrlü səbəbdən iştirak edə bilməyənlər üçün əlavə imtahan keçirilib
Qubada yol qəzasında 1 nəfər ölüb, 2 nəfər xəsarət alıb - YENİLƏNİB
Almaniyanın Kil şəhərində aşkarlanan bombaya görə 5 mindən çox insan təxliyə ediləcək
Sabah yağış yağacaq, leysan olacaq
Türkiyədə tarixi abidələrin vandalizmə məruz qalması ciddi problemə çevrilib - FOTO
Astarada başına boru düşən Cəlilabad sakini ölüb
Prezident İlham Əliyev Esvatini Kralını Müstəqillik Günü münasibəti ilə təbrik edib